525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Pakistanın Pəncab əyalətində avtobus qəzası baş verib.
525.az Pakistan mediasına istinadən xəbər verir ki, Karaçidən Dera Qazi Xana gedən sərnişin avtobusu idarəetməni itirərək Rajanpur bölgəsindəki İndus şossesində aşıb.
Qəza nəticəsində 10 nəfər ölüb, 32 nəfər yaralanıb.
Hadisə yerinə xilasetmə qrupları göndərilib və ölənlərin və yaralıların cəsədləri yaxınlıqdakı xəstəxanalara aparılıb.
İbrahim Cəfərov