Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
Pakistanın Pəncab əyalətinin Multan şəhərində sərnişin qatarının relsdən çıxması nəticəsində ən azı beş nəfər ölüb, 30 nəfər yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, Geo TV-nin məlumatına görə, Kəraçidən Peşəvərə gedən qatarın bütün 14 vaqonu relsdən çıxıb.
Hadisə yerli vaxtla səhər saat 5:15 radələrində (Bakı vaxtı ilə səhər saat 4:15) Şer Şah körpüsünün yaxınlığında baş verib.
Yaralılar Multandakı xəstəxanaya çatdırılıb.
Xilasetmə işləri davam etdirilir.
Qəzanın səbəbi hələlik müəyyən edilməyib.