Pakistanda silahlı şəxslərin minik avtomobillərinə hücumu nəticəsində 38 nəfər ölüb AZƏRTAC

21.11.2024

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İslamabad, Hilal Əhməd, 21 noyabr, AZƏRTAC

Pakistanın şimal-qərbində yerləşən Hayber-Paxtunxva əyalətinin Kurram rayonunda naməlum silahlı şəxslərin minik avtomobillərinə atəş açması nəticəsində 38 nəfər ölüb, ondan çox insan yaralanıb.

AZƏRTAC xəbər verir ki, əyalət rəhbərinin mətbuat xidməti silahlı şəxslərin əvvəlcə polisi hədəf aldığını bildirib.

Məlumata görə, ölənlər arasında bir qadın və bir uşaq var. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью