Pakistanda silahlı toqquşma: 12 ölü

14.05.2026

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Pakistanın Bəlucistan vilayətində sərhəd qoşunlarının hərbi karvanı yaxınlığında əldəqayırma partlayıcı qurğu işə düşüb.

Axar.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Partlayışdan dərhal sonra silahlılarla atışma başlayıb.

Hadisə nəticəsində Pakistan ordusunun ən az beş əsgəri həlak olub, 7 yaraqlı isə zərərsizləşdirilib.

Hücuma görə məsuliyyəti Bəlucistanın Bəluc Azadlıq Ordusu (BLA) öz üzərinə götürüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью