Pakistanda silahlılar sərnişin qatarına hücum edərək 100 ə yaxın şəxsi girov götürüb

11.03.2025

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Pakistanın Bəlucistan əyalətində silahlılar içərisində 400 nəfərin olduğu sərnişin qatarına atəş açaraq, 100-ə yaxın şəxsi girov götürüb.

APA-nın “The Eurasian Times” portalına istinadən xəbərinə görə, hadisədən əvvəl atışma nəticəsində təhlükəsizlik qüvvələrinin 6 nəfər əməkdaşı öldürülüb.

Girovların arasında polis əməkdaşlarının da olduğu açıqlanıb.

İlkin məlumata əsasən, qatar Pişəvər şəhərinə hərəkət edirmiş.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью