Pakistanda təhlükəsizlik əməliyyatları çərçivəsində 11 terrorçu zərərsizləşdirilib

19.09.2026

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Pakistanda təhlükəsizlik qüvvələrinin Bəlucistan vilayətində keçirdiyi əməliyyatlar nəticəsində 11 terrorçu zərərsizləşdirilib.

Bu barədə “Geo News” xəbər verir.

Öldürülən terrorçularda külli miqdarda silah-sursat ələ keçirildiyi bildirilib.

Pakistanın Təhlükəsizlik məsələləri və Tədqiqat üzrə Mərkəzi (CRSS) 2021-ci ildən bəri ölkədə terror hücumlarında artımın müşahidə olunduğunu bildirib.

Terrordən ən çox əziyyət çəkən vilayətlərin isə, Xeybər-Paxtunxva və Bəlucistan olduğu vurğulanıb.

Qeyd edək ki, dünən Xeybər-Paxtunxva vilayətində məscid yaxınlığında terror aktı törədilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью