Pakistanda terakt: ölənlər var

19.05.2025

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Pakistanın Balucistan əyalətinin Qilləh Abdullah bölgəsində terror aktı törədilib.

Axar.az xarici mediaya istinadən xəbər verir ki, bazar qarşısında avtomobilin partladılması nəticəsində azı 4 nəfər həlak olub, 20 nəfər isə yaralanıb.

Bildirilib ki, partlayış dalğasından ətrafda olan ticarət obyektlərinə, o cümlədən silahlı qüvvələrə aid binaya ziyan dəyib.

Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью