Pakistanda terror: 9 ölü, 18 yaralı

12.05.2026

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Pakistanın şimal-qərbindəki Xeybər-Paxtunxva əyalətində bazarda baş verən partlayış nəticəsində 2-si polis əməkdaşı olmaqla, ümumilikdə 9 nəfərin həyatını itirdiyi bildirilir.

Xalqcebhesi.az xəbər verir ki, "Geo News"un məlumatına görə, hadisə Pakistanın Əfqanıstanla sərhədinə yaxın yerləşən Lakki Marvat bölgəsinin "Nauranq" bazarında baş verib.

Məlumata görə, hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Yerli təhlükəsizlik rəsmisi partlayış nəticəsində 9 nəfərin öldüyünü, 18 nəfərin isə yaralandığını qeyd edib.

Hazırda partlayışın səbəblərini müəyyənləşdirmək üçün ərazidə araşdırmalara başlanılıb.

Məryəm Quliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью