Pakistanda terror aktı: 3 polis öldü, 5 i yaralandı

06.02.2025

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Pakistanda nəzarət-buraxılış məntəqəsində törədilən terror aktı nəticəsində üç polis ölüb, beşi isə yaralanıb.
Bizim.Media xəbər verir ki, hücum Xayber Paxtunxva əyalətinin şimal-qərbindəki Karak rayonundakı polis idarəsində baş verib.
Polis idarəsindən verilən məlumata görə, polisin cavab atəşindən sonra terrorçular ağır silahlarla hücuma keçib və hadisə yerindən qaçıblar. Yaralılardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.
Hüquq-mühafizə orqanları ərazidə əməliyyat-axtarış tədbirlərinə başlayıb.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью