Pakistanda terror aktı, azı 14 ölü

03.08.2026

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kabal şəhərində polis bölməsi yaxınlığında terror aktı törədilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 7 nəfər hadisə yerində ölüb, 18 nəfər müxtəlif dərəcəli bədən xəsarətiləri alıb.

Yaralılar yaxınlıqdakı Səid-Şərif xəstəxanasına yerləşdiriliblər. Onlardan bəzilərinin vəziyyəti ağır olduğundan ölü sayı arta bilər. 

Partlayış bölməyə yaxın Kabal-Çouk meydanında, terrorizm əleyhinə keçirilən dinc mitinq zamanı törədilib. Sonuncu natiqin çıxışı zamanı əraziyə daxil olan naməlum şəxs partlayıcı mexanizmi işə salıb.

Ərazi polis bölməsinin rəisi Svat Umar Xan açıqlamasında partlayışın kimin törətdiyinin araşdırıldığı, hadisə yerində zəruri əməliyyat-istintaq tədbirlərinin aparıldığını söyləyib.

Qeyd edək ki, həlak olanlar arasında asayişi qoruyan polis əməkdaşlarının olduğu da bildirilir.

L.Tağıyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью