Pakistanda terror aktı törədilib: Ölənlər və yaralılar var

07.11.2024

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Pakistanın şimal-qərbində törədilən iki ayrı terror aktında 4 polis və 2 uşaq ölüb, 5 polis əməkdaşı isə yaralanıb.

"Cebheinfo.az" xəbər verir ki, dünən Cənubi Vəziristan bölgəsində təhlükəsizlik qüvvələrini daşıyan avtomobil keçərkən yol kənarına qoyulmuş bomba partlayıb.

Partlayış nəticəsində 4 polis məmuru həyatını itirib, 5 polis əməkdaşı yaralanıb.

Hücum zamanı məktəbə piyada gedən iki uşaq həyatını itirib.

Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib. 

Nigar Hacılı 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью