Pakistanda terror aktında ölənlərin sayı 12 yə çatıb TƏCİLİ

26.09.2026

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Pakistanın şimal-qərbində, Dera-İsmayıl-Xan rayonunun Darazinda yaşayış məntəqəsi yaxınlığında baş verən partlayış nəticəsində ölənlərin sayı 12-yə çatıb.

Bu barədə "Dawn" qəzeti yazıb. Son məlumatlara əsasən, hadisə nəticəsində 35-dən çox insan yaralanıb. Məlum olub ki, terrorçu partlayıcı maddələrlə yüklənmiş traktor qoşqusunu "Aman-Mela" polis nəzarət-buraxılış məntəqəsinə yönəldib.

Partlayış nəticəsində binanın və ona bitişik tikililərin əhəmiyyətli hissəsi dağılıb. Xilasetmə işləri hələ başa çatmayıb.

Nəşrin məlumatına görə, son aylarda Xeybər-Paxtunxva əyalətində terror fəaliyyətində artım müşahidə olunur. Belə ki, yalnız avqust ayında regionda 54 terror hücumu qeydə alınıb.

Mətləb

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью