Pakistanda terror törədildi 14 ölü (VİDEO) | Icma.az
Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Pakistanın Bəlucistan əyalətində törədilmiş terror hücumu nəticəsində azı 14 nəfər həyatını itirib, 35 nəfər isə yaralanıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, partlayış, Bəlucistan Milli Partiyasının yüzlərlə tərəfdarının toplaşdığı stadionun parklanma sahəsində baş verib.
Hadisə zamanı ərazidə böyük izdiham olduğu bildirilir. Hücuma görə məsuliyyəti hələlik heç bir silahlı qruplaşma öz üzərinə götürməyib.
Hadisə ilə bağlı araşdırma başlayıb. Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu