Pakistanda təyyarə qəzası: iki pilot həlak oldu Video

15.06.2026

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Pakistan Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsi ölkənin şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətində qəzaya uğrayıb. Hadisə nəticəsində iki pilot həyatını itirib.

Axar.az xəbər verir ki, barədə "Xinhua" agentliyi məlumat yayıb.

Təlim uçuşu tapşırığını həyata keçirən hava gəmisi Mardan dairəsində yerləşən yaşayış evlərinin üzərinə düşüb. Qəza nəticəsində üç yerli sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hazırda aviaqəzanın baş verdiyi ərazidə xilasetmə qrupları fəaliyyət göstərir. Təyyarənin qəzaya uğrama səbəbləri isə hələlik araşdırılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью