Pakistanda toy avtobusu çaya düşdü: Çox sayda ölən var

13.11.2024

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Pakistanın şimalındakı Qilqit-Baltistan bölgəsinin Diamer rayonunda qonaqları daşıyan toy avtobusu çaya düşüb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Dawn" telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində 22 nəfər ölüb.

Avtobusda, həmçinin gəlinin özü də olub və o sağ qalıb, yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Pakistan Prezidenti Asif Əli Zərdari həlak olanların ailələrinə başsağlığı verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью