Pakistanda toy avtobusunun çaya düşməsi nəticəsində 16 nəfər ölüb

13.11.2024

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

Pakistanın şimalında toya gələnləri daşıyan avtobusun çaya düşməsi nəticəsində azı 16 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “Dawn” televiziyası məlumat yayıb.

Telekanalın məlumatına görə, gəlin sağ-salamat tapılıb, o, xəsarət alıb və hazırda xəstəxanadadır.

Avtobusda ümumilikdə 23 nəfər olub, onlar Pəncabın Çakval rayonuna gedən toy kortejinin bir hissəsi olublar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью