Pakistanda vağzalda partlayış 21 ölü, 30 yaralı

09.11.2024

Icma.az, Manset portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Pakistanın Bəlucistan əyalətində yerləşən Kvetta şəhərində dəmiryol vağzalı yaxınlığında partlayış baş verib.


Manset.az xəbər verir ki, bu barədə “Geo” telekanalı yerli mənbələrə istinadən məlumat yayıb.

Hadisə nəticəsində 21 nəfər ölüb, 30 nəfər yaralanıb. Partlayışın vağzalın kassasında qatarın gəlməsindən bir qədər əvvəl qeydə alındığı bildirilir.

Zərərçəkmiş şəxslər şəhər xəstəxanasına çatdırılıb. Xəstəxanaya əlavə həkim və yardımçı heyət cəlb edilib.

Kvettada fövqəladə vəziyyət elan edilib.

Polis hadisə ilə bağlı araşdırma aparır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью