Pakistanda xəstəxana yandı 15 körpə həyatını itirdi

26.08.2026

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Pakistanda xəstəxananın ginekologiya şöbəsinin yenidoğulmuşlar bölməsində baş verən yanğın nəticəsində azı 15 körpə həlak olub.
Bizim.Media xəbər verir ki, bu barədə Pakistan mediası məlumat yayıb.
Məlumata görə, hadisə baş verən zaman şöbədə ümumilikdə 16 yeni doğulmuş körpə olub.
İlkin məlumata əsasən, yanğın kondisionerin kompressorunun partlamasından sonra başlayıb.
Hadisə ilə bağlı araşdırma aparılır. Yanğının dəqiq səbəbləri və digər təfərrüatlar araşdırmadan sonra müəyyənləşdiriləcək.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью