Pakistanda yas mərasimində bədbəxt hadisə: 8 ölü, 15 yaralı

22.06.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 22 iyun, AZƏRTAC

Pakistanın Sind əyalətində yas mərasimi zamanı elektrik cərəyanı vurması nəticəsində 8 nəfər həlak olub, 15-dən çox insan yaralanıb.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, mərasim zamanı daşınan bayraq dirəyi yüksəkgərginlikli elektrik xəttinə toxunub və onu daşıyan şəxsləri elektrik cərəyanı vurub.

Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Onların bir qisminin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью