Pakistanda yol kənarına yerləşdirilən qurğu işə düşüb: 11 nəfər həlak olub

14.02.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Pakistanın cənub-qərbində mədən işçilərini daşıyan avtomobilin yol kənarına quraşdırılan partlayıcı qurğuya düşməsi nəticəsində 11 nəfər ölüb.

Oxu.Az bu barədə "Sinxua"ya istinadən xəbər verib.

Qeyd olunur ki, insident Bəlucistan əyalətinin Harnai rayonunda baş verib.

Hadisə nəticəsində altı nəfər xəsarət alıb.

Hələlik hadisənin təfərrüatı barədə məlumat verilmir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью