Pakistanda yol qəzası olub, 12 nəfər ölüb AZƏRTAC

11.01.2025

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İslamabad, Hilal Əhməd, 11 yanvar, AZƏRTAC

Pakistanın Karak rayonunda baş vermiş yol qəzası nəticəsində 12 nəfər ölüb, 13 nəfər isə yaralanıb.

AZƏRTAC xəbər verir ki, hadisə ilə bağlı polis rəsmisi açıqlama verib. Bildirib ki, qəza yük maşınının avtomobillərə çırpılması nəticəsində baş verib.

Hadisə yerinə dərhal fövqəladə və təcili yardım briqadası göndərilib. Polis araşdırmalara başlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью