Pakistanda yük maşını aşıb, 15 nəfər ölüb

16.10.2025

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Pakistanın Hayber Paxtunxva vilayətinin Svat bölgəsində yük maşını dərəyə aşıb.

APA Pakistan mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində azı 15 nəfər ölüb, 8 nəfər yaralanıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Ölənlərin əksəriyyəti uşaqdır.

Qəzaya düşən sərnişinlər yaşadıqları yerdən başqa yerə köç edən ailələr olub.

Məlumata görə, qəzaya səbəb sürücünün sürət həddini aşması və idarəetməni itirməsi olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью