Pakistanda zəlzələ baş verib

17.10.2026

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün səhər saatlarında Pakistanın Bəlucistan əyalətində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, Almaniya Geoelmlər Araşdırma Mərkəzinin (GFZ) məlumatına görə, zəlzələnin episentri Xuzdar dairəsində, təxminən 10 kilometr dərinlikdə yerləşib.

Qeyd edək ki, bölgədə 14,9 milyondan çox insan yaşayır. Zəlzələ nəticəsində baş verən dağıntılar barədə hələlik məlumat verilməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью