Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Pakistanda 5.4 bal gücündə zəlzələ qeydə alınıb.
Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən (EMSC) məlumat verilib.
Zəlzələnin episentri təxminən 236 000 əhalisi olan Dera-Qazi-Xan şəhərindən 91 km şimal-qərbdə, ocağı isə 35 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və ya dağıntılar barədə hələ ki məlumat verilmir.