525.az saytına istinadən Icma.az xəbər verir.
Pakistan və Əfqanıstan arasında gərginlik yenidən artıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Pakistan Əfqanıstanla sərhəddəki bir neçə nöqtəni hədəf alan hava əməliyyatları keçirib.
Hücumlar nəticəsində 28 nəfər həlak olub.
Pakistanın yaydığı açıqlamada Əfqanıstan sərhədi yaxınlığındakı Tehrik-i Taliban (Pakistan Talibanı) və əlaqəli qruplara məxsus terrorçu düşərgələri və sığınacaqların hədəf alındığı bildirilib.
Əfqanıstan rəsmilərinin məlumatına görə isə, hücumlar nəticəsində mülki yaşayış məntəqələri də zərər görüb.
Kunar əyalətinin Nurqal rayonunda bir ev tamamilə dağılıb, eyni ailənin üç üzvü ölüb, dörd nəfər yaralanıb. Paktika əyalətinin Barmal rayonunda isə bir mağaza və boş bir evin dağıdıldığı bildirilib.
İbrahim Cəfərov