Pakistandan əks hücum: Taliban geri çəkildi VİDEO

26.02.2026

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Pakistan hərbçiləri əks-hücum əməliyyatı nəticəsində Taliban qüvvələrini geri çəkilməyə məcbur edib.

Turkustan.az xəbər verir ki, bu barədə Pakistanın İnformasiya Nazirliyi bəyanat yayıb.

Bildirilib ki, “Əfqan Talibanı” Xayber-Paxtunxva əyalətində Pakistan–Əfqanıstan sərhədi boyunca bir neçə nöqtəyə təxribat xarakterli atəş açıb. Rəsmi İslamabadın məlumatına görə, buna dərhal və effektiv cavab verilib.

Yayılan videoda Pakistan bayrağının taliblərdən geri alınmış mövqedə qaldırıldığı iddia olunur.

Hazırda bölgədə vəziyyətin gərgin olaraq qaldığı bildirilir. Musavat.com

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью