Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Səudiyyə Ərəbistanına qarşı hər hansı bir hücum Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında üçtərəfli müqavilə olan Məkkə Müdafiə Alyansını işə sala bilər.
Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bunu Pakistanın müdafiə naziri Xavaca Asif deyib.
Onun sözlərinə görə, Pakistan Səudiyyə Ərəbistanına qarşı təcavüzə cavab verməyə hazırıdır:
"Biz bu paktın şərtlərinə bağlıyıq. Əmüttəfiqlərimizə qarşı təcavüz göstərilərsə, öhdəliklərimizi yerinə yetirəcəyik. Bu barədə heç bir qeyri-müəyyənlik olmamalıdır", - nazir bildirib.
Gülşən Şərif