Missiya.az saytına istinadən Icma.az xəbər verir.
Pakistanın Baş naziri Şahbaz Şəriflə İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.
Missiya.Az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Söhbət zamanı Şahbaz Şərif diplomatiya yolu ilə sülhə qayıtmağın vacibliyini vurğulayıb və beynəlxalq forumlarda ölkəsinin İranı tam dəstəklədiyini bildirib.
Pezeşkian isə qeyd edib ki, İran gərginliyin sülh yolu ilə həllində Pakistanın konstruktiv rolunu yüksək qiymətləndirir.
Daşqın Həsənov
Missiya.Az