Pakistanın Baş naziri Lahordan Bakıya birbaşa uçuşların bərpasını alqışladı KONKRET

21.04.2025

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Biz bütün sektorlarda əməkdaşlığımızı dərinləşdirərək Pakistan və Azərbaycan arasında qardaşlıq əlaqələrində yeni zirvələrə çatmağa sadiq qalırıq.

KONKRET.az xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif Lahor və Bakı arasında birbaşa uçuşların bərpası ilə bağlı açıqlamasında bildirib.

Baş nazir iki illik fasilədən sonra PİA-nın Lahor və Bakı arasında birbaşa uçuşların bərpasını alqışlayıb, bunu iki qardaş ölkə arasında turizmin və regional əlaqələrin inkişafı üçün böyük mərhələ adlandırıb.

Qeyd edək ki, aprelin 20-də Pakistanın “Pakistan Beynəlxalq Hava Yolları” (PIA) şirkəti tərəfindən Lahor-Bakı birbaşa aviareysi üzrə ilk uçuş həyata keçirilib. Lahor–Bakı marşrutu üzrə uçuşlar həftədə iki dəfə – çərşənbə və şənbə günləri həyata keçiriləcək. Bu marşrut Azərbaycan ilə Pakistan arasında hava nəqliyyatı əlaqələrinin daha da genişlənməsinə xidmət edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью