Pakistanın Bəlucistan əyalətində silahlı toqquşmada 42 nəfər ölüb | Icma.az
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq. Pakistanın cənub-qərbində baş verən silahlı insident zamanı 18 hərbçi və 24 döyüşçü ölüb.
APA xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Bildirilib ki, ölənlərin əksəriyyəti Bəlucistan əyalətindən olan separatçılardır.
Silahlı toqquşma separatçıların yollarda qurduqları postların aradan qaldırılması zamanı baş verib.
Separatçıların hansı qruplaşmaya aid olduqları hələ ki bəlli deyil. Pakistanın Baş naziri Şahbaz Şərif toqquşmanı pisləyib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu