Pakistanın Faysalabad Universitetinin nümayəndəsi Ədəbiyyat Muzeyində olub | Icma.az
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Pakistanın ORİC Tədqiqat İnnovasiya və Kommersiyalaşdırma Mərkəzinin Maliyyə departamentinin rəhbəri Omar Səid Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub.
O, həmçinin Pakistanın reytinqli təhsil müəssisəsi olan Faysalabad Universitetinin rəsmisidir. Bu barədə muzeydən məlumat verilib.
Pakistanlı qonaq əvvəlcə muzeyin direktoru akademik Rafael Hüseynovla görüşüb.
O, COP29 tədbirlərində iştirak etdiyini və böyük təcrübə qazandığını söyləyib.
Bildirib ki, iqlim dəyişiklikləri ilə bağlı dünya liderləri ilə görüş onda dərin təəssürat yaradıb.
COP29 tədbirlərində tək iqlim və ekologiya sahəsində deyil, həm də insanların rifahı, gələcəyi haqqında müzakirələr aparılıb.
Muzey işinin təkmilləşdirilməsi, qurulması mövzusunda aparılan söhbət zamanı Omar Səid akademik Rafael Hüseynovun rəhbərliyi ilə yaradılmış muzeylər barədə məlumatlı olduğunu qeyd edib.
Tam oxu
Xəbəri oxu