Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır. Çin istehsalı Pakistan təyyarələri ilə (J-10) Fransa istehsalı Hindistan təyyarələ
Çinin yüksək dəqiqlikli silahları mütəxəssislər tərəfindən araşdırılır.
Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ rəsmilərinə istinadla məlumat yayıb.
Pakistan qırıcısı mayın 8-də 5 Hindistan hərbi təyyarəsini vurub. Vurulan Hindistan təyyarələrindən 3-ü Fransa istehsalı “Rafale”dir.
Qeyd edilir ki, bu, qabaqcıl Çin qırıcısı üçün potensial bir mərhələdir.
ABŞ rəsmisinin sözlərinə görə, Pakistanın Hindistan təyyarələrinə qarşı hava-hava tipli raketlər atmaq üçün Çin istehsalı J-10-dan istifadə etdiyinə böyük inam var.
Pakistan müdafiə naziri Xavaca Asif mayın 8-də “Reuters”ə bildirib ki, Hindistanın bu yaxınlarda aldığı üç “Rafale” qırıcısının vurulması üçün J-10 təyyarəsindən istifadə edilib.
Pakistanın Hindistan hədəflərinin vurulmasında Çin Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilən BL-15 raketlərindən istifadə etdiyi də bildirilib.