Pakistanın Milli Günü Bakıda qeyd olundu | Icma.az
Icma.az bildirir, 525.az portalına istinadən. Pakistanın Milli Günü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyində tədbir keçirilib.
525.az xəbər verir ki, tədbirdə səfirliyin əməkdaşları, Pakistan icmasının üzvləri və Azərbaycan vətəndaşları iştirak ediblər.
Əvvəlcə səfir Qasım Mohiuddin ölkəsinin dövlət bayrağı qaldırıb.
Daha sonra Pakistanın Baş nazirinin bu gün münasibətilə müraciətini səsləndirib.
Baş nazir Məhəmməd Şahbaz Şərifin müraciətində qeyd olunub ki, Pakistan iqtisadiyyatı cəsarətli islahatlar nəticəsində davamlı inkişaf yoluna qədəm qoyub.
İnflyasiya ardıcıl olaraq aşağı düşür, investorların inamı yüksəlir və əsas iqtisadi göstəricilər yaxşılaşır: “Biz makroiqtisadi əsasları gücləndirmişik və indi daha yüksək artımı hədəfləyirik.
Bu irəliləyiş beynəlxalq maliyyə qurumları və reytinq agentlikləri tərəfindən də tanınıb".
Vurğulanıb ki, Pakistan iqtisadi və sosial inkişaf üçün çox böyük potensiala malikdir: “Öhdəsindən gələ bilməyəcəyimiz heç bir çətinlik və böyük maneə yoxdur.
Tam oxu
Xəbəri oxu