Pakistanın Milli Günü Bakıda qeyd olundu

08.04.2025

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Pakistan İslam Respublikasının Milli Gününün 85-ci ildönümü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib.

Gununsesi.info xəbər verir ki, rəsmi qəbul Azərbaycan və Pakistanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin tədbirdə çıxış edib, iki ölkə arasındakı siyasi əlaqələrdən və sıx dostluq münasibətindən danışıb.

“İki böyük xalq arasında dostluq və qardaşlıq, həqiqətən də, həmrəyliyin rəmzi, qarşılıqlı sevgi və hörmətə əsaslanan əməkdaşlığın güclü nümunəsidir”,- deyə diplomat bildirib.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью