Pakistanın Milli Gününün 85 cü ildönümü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib | Ic…
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Pakistan İslam Respublikasının Milli Gününün 85-cü ildönümü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib.
Oxu.Az xəbər verir ki, rəsmi qəbul hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin tədbirdə çıxış edib və Azərbaycan ilə Pakistan arasındakı siyasi əlaqələrdən və sıx dostluq münasibətindən danışıb: "İki böyük xalqımız arasında dostluq və qardaşlıq həqiqətən də həmrəyliyin rəmzi, qarşılıqlı sevgi və hörmət əsaslanan əməkdaşlığın güclü nümunəsidir".
Tədbirdə çıxış edən Azərbaycan müdafiə sənayesi naziri Vüqar Mustafayev bildirib ki, Azərbaycan ilə Pakistan arasında əlaqələr 1991 - ci ildə ölkəmizin müstəqilliyini bərpa etməsindən sonra qurulub: "Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olub.
Həmin ildən Bakı ilə İslamabad arasında strateji əlaqələr qurulmağa başlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev Pakistan ilə münasibətlərə xüsusi önəm verir ki, bu da iki ölkə arasındakı əlaqələrin inkişafında mühüm əhəmiyyət daşıyır.
Pakistan ilə Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə mühüm və əlamətdar hadisədir.
Tam oxu
Xəbəri oxu