Pakistanın müdafiə naziri: İslamabadın Hindistandakı terror hücumu ilə heç bir əlaqəsi yoxdur

25.04.2025

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Hindistan hakimiyyəti "Ləşkər-e-Taybə" radikal qruplaşmasının terrorçuları ilə Pakistan arasında əlaqəyə dair sübut təqdim etməyib, Nyu-Dehli bölgədəki vəziyyətin destabilizasiyası üçün terror hücumundan istifadə edib.

Oxu.Az xəbər verir ki, bu fikri Pakistanın müdafiə naziri Xavaca Asif "Sky News" telekanalına müsahibəsində bildirib.

"Onlar (Hindistan hakimiyyəti - red.) Pakistanı nədəsə sadəcə ittiham etmək və öz maraqlarına uyğun vəziyyət yaratmaq üçün heç vaxt heç bir sübut təqdim etməyiblər. Bizim buna dəxlimiz yoxdur. Bizim bununla heç bir əlaqəmiz yoxdur", - deyə nazir əmin edib.

Onun qiymətləndirməsinə görə, "Ləşkər-e-Taybə" qruplaşması Pakistan ərazisində fəaliyyət göstərmir - ABŞ və Hindistan kəşfiyyat xidmətləri heç bir sübut olmadan yanlış nəticələr çıxarıblar. Nazir əlavə edib ki, Pakistanın təhlükəsizlik orqanları hər şeyin regionda sabitliyi pozmaq məqsədi ilə səhnələşdirildiyini müəyyən ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью