Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Pakistanın Xayber-Paxtunxva əyalətində keçirilən polis əməliyyatı zamanı İŞİD-in Xorasan vilayətinə mənsub olduğu bildirilən beş terrorçu öldürülüb.
AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, əməliyyat Peşəvər yaxınlığındakı Şamşato ərazisində terrorçuların olması barədə kəşfiyyat məlumatı əsasında keçirilib. Bildirilib ki, terrorçular məscid və kilsələrə qarşı hücumlar, həmçinin intiharçı partlayışları və hədəfli qətllər planlaşdırıblar.
Əməliyyat zamanı silah-sursat, iki əl qumbarası və əldəqayırma partlayıcı qurğu aşkarlanıb. Ərazidə axtarış əməliyyatı davam etdirilir.