Pakistanın şimal qərbində əməliyyat zamanı 24 silahlı öldürülüb

17.07.2026

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva əyalətində keçirilən təhlükəsizlik əməliyyatları zamanı 24 silahlı öldürülüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Pakistan ordusu məlumat yayıb. Bildirilib ki, kəşfiyyata əsaslanan əməliyyatlar qadağan olunmuş “Təhrik-e Taliban Pakistan” qruplaşmasının hücumlarının artmasından sonra həyata keçirilib.

Bildirilib ki, öldürülən şəxslərin təhlükəsizlik qüvvələri və mülki şəxslərə qarşı çoxsaylı hücumlarda iştirak etdiyi ehtimal olunur. Əməliyyat zamanı silah və sursat da aşkarlanıb.

Pakistan ordusu bölgədə əməliyyatların davam etdiriləcəyini açıqlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью