“Pakistanla münaqişədə 499 Əfqanıstan vətəndaşı həlak olub” BMT

29.07.2026

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Birləşmiş Millətlər Təşkilatı (BMT) 1 oktyabr 2025-ci il - 30 iyun 2026-cı il tarixləri arasında Pakistan və Əfqanıstan arasında baş verən münaqişələrlə bağlı yazılı açıqlama yayıb.

525.az xəbər verir ki, açıqlamada geridə qalan müddətdə Əfqanıstanda 499 mülki şəxsin öldüyü və 1216 nəfərin yaralandığını qeyd edilib.

Qeyd edək ki, Əfqanıstan rəsmi olaraq iki ölkə arasında sərhəd hesab edilən Durand Xəttini tanımır. Buna görə də, tərəflər arasında sərhəd mübahisələri və ölümlə nəticələnən münaqişələr baş verir.

Digər tərəfdən, müxtəlif silahlı qrupların fəaliyyəti də iki qonşu ölkə arasında münasibətləri pozur.

İslamabad Pakistan Talibanının (TTP) Əfqanıstanda yerləşdiyini və hücumlarını oradan təşkil etdiyini iddia edir, Kabil isə bu iddiaları rədd edir.

İbrahim Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью