Pakistanlı astronavt Çin kosmik stansiyasına səfər edəcək

03.03.2025

Oxumeni.az saytına istinadən Icma.az xəbər verir.

Pakistanlı astronavt Çin kosmik stansiyasına səfər edəcək

Çinin İnsanlı Kosmik Əməliyyatlar Ofisi (CMSEO) və Pakistanın Kosmos və Üst Atmosfer Tədqiqatları Komissiyası (SUPARCO) cümə günü Çin kosmik stansiyası üçün pakistanlı astronavtların seçilməsi və hazırlanması üçün əməkdaşlıq müqaviləsi imzalayıb.

Sənədə əsasən, bir qrup pakistanlı astronavtın seçilməsi və hazırlanmasına Çin hökuməti cavabdeh olacaq. Onlardan biri Çin kosmik stansiyasına səyahət edən ilk xarici astronavt olacaq.

Seçim prosesi təxminən bir il davam edəcək. Pakistanlı astronavtlar Çində hərtərəfli və sistemli təlim keçəcək və yaxın bir neçə il ərzində qısamüddətli missiyalar üçün Çin kosmik stansiyasına göndəriləcəklər.

İmzalanma mərasimində Pakistanın Baş naziri Şahbaz Şərif iştirak edib.

Əziz Mustafa, Oxuməni.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью