Pakistanlılar qələbə sevincini qeyd edirlər FOTOLAR

11.05.2025

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Pakistan-Hindistan atəşkəs elanından sonra vətəndaşlar atəşkəs və Pakistan hərbçilərinin qəhrəmancasına cavabını qeyd etmək üçün böyük şəhərlərin küçələrinə axışıblar.

"Unikal" xəbər verir ki, bu  barədə Pakistanın "GEO" telekanalı məlumat yayıb. 

Bildirilir ki, qələbə sevinci İslamabad, Lahor, Kəraçi, Multan, Heydərabad və ölkənin bir çox başqa şəhərlərində qeyd olunub. 

Ötən gecə Hindistan Pakistanın aviabazalarına, o cümlədən Nur Xan, Murid və Şorkot aviabazalarına çoxsaylı raket zərbələri endirib.

Buna cavab olaraq Pakistan Hindistana qarşı “Bunyan-um-Marsoos əməliyyatı”na başlayıb, bir çox bazaları hədəf alıb və onların qabaqcıl S-400 hava hücumundan müdafiə sistemini məhv edib.

Daha sonra ABŞ prezidenti Donald Tramp, Pakistan və Hindistanın  "tam və dərhal atəşkəs" barədə razılığa gəldiklərini açıqlayıb.  Pakistanın Baş naziri Şahbaz Şərif bunu "Pakistan xalqının qələbəsi" olduğunu qeyd edib. 

Gülayə Mecid


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью