Palata 399 min manatlıq satınalma müqaviləsi bağlayıb

15.04.2025

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2024-cü ildə Hesablama Palatası 399,2 min manatlıq satınalma müqaviləsi bağlayıb. SİA xəbər verir ki, bu barədə Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabatda bildirilir.

Sənədə əsasən, ötən il qurum “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq 379,5 min manat məbləğində 23 müqavilə imzalayıb. Bundan əlavə, bir istiqamət üzrə kotirovka sorğusu əsasında çərçivə sazişi bağlanıb və həmin saziş çərçivəsində 19,7 min manatlıq sadə müqavilələr həyata keçirilib.

Beləliklə, ümumilikdə bağlanmış satınalma müqavilələrinin cəmi məbləği 399,2 min manat təşkil edib. Bu müqavilələrdən 15-i rəqabətli satınalma metodları ilə həyata keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью