Palata Agentlikdə yoxlamalar apardı

01.08.2025

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə Kollegiya iclası keçirilib.

Modern.az Palataya istinadən xəbər verir ki, iclasda İclasda “Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və tabeliyindəki qurumlar üzrə dövlət vəsaitlərinin və digər əmlakın istifadə olunmasının auditinin nəticələri haqqında Auditor hesabatı” müzakirə edilib.

Müzakirələrin yekununda auditor hesabatı təsdiqlənib və aşkarlanmış nöqsanların aradan qaldırılması məqsədilə Agentliyin müvafiq tədbirlər görməsi barədə qərar qəbul olunub.

Kollegiya iclasında, həmçinin nəzarət tədbirinin başlanılması ilə bağlı proqram da müzakirə olunaraq təsdiq edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью