Palau Respublikasının Prezidenti Tarix Muzeyində olub AZƏRTAC

19.11.2024

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 19 noyabr, AZƏRTAC

BMT-nin İqlim Dəyişmələri üzrə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycana gəlmiş Palau Respublikasının Prezidenti Surangel Uipps Milli Azərbaycan Tarixi Muzeyində olub.

Muzeydən AZƏRTAC-a bildirilib ki, Prezidentə muzeyin yeni ekspozisiyasında nümayiş olunan, Azərbaycanın zəngin tarixi və mədəni irsini əks etdirən eksponatlar barədə məlumat verilib. Muzeyin kolleksiyasında nümayiş etdirilən qədim arxeoloji tapıntılar, etnoqrafik materiallar və milli geyimlər Palau Prezidentinin xüsusi marağına səbəb olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью