Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 21 noyabr, AZƏRTAC
İqlim dəyişikliyinn fəsadlarını göstərmək üçün COP29 yaxşı fürsətdir.
Bunu AZƏRTAC-a müsahibəsində COP29-un palaulu nümayəndəsi, antropoloq McMichael Misech deyib.
O qeyd edib ki, COP29 yalnız Palau üçün deyil, eyni zamanda, bütün Sakit okean ölkələri üçün vacib konfransdır: “Biz karbon emissiyalarının 1 faizdən azını istehsal edirik. Ancaq Sakit okeanın səviyyəsinin qalxması, sahil eroziyası kimi iqlim dəyişikliyindən ən çox əziyyət çəkən ölkəyik. COP29-un nəticələrinə böyük ümidlərim var”.