Palçıq evin içinə girib, belə yol olar?! Şamaxı sakini VİDEO

24.11.2025

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şamaxının Əlövsət Abdullayev küçəsi illərdir bərbad haldadır.  Avtosfer.az xəbər verir ki, sakinlərin sözlərinə görə, yolun yararsız vəziyyətə düşməsi ucbatından piyadalar rahat hərəkət edə bilmirlər. Sürücülər də problemdən şikayətçidirlər.

Onlar avtomobillərinin ehtiyat hissələrinin tez-tez sıradan çıxdığını deyirlər.

"Uşağımın müalicə pulundan kəsib küçəyə çınqıl tökdürmüşdüm. Sonra gəlib asfalt çəkiləcəyini dedilər və onu təmizlədilər, amma yol daha da pis vəziyyətə düşdü", - deyə sakin Aysel Səmədova narazılığını bildirib. "Palçıq evin içinə girib. Belə yol olar?! Evimdə yataq xəstəsi var, çölə çıxara bilmirəm. Birinin evi yansa, yanğınsöndürən onun evini söndürə bilməyəcək", - deyə başqa bir sakin əlavə edib.

Daha ətraflı Baku TV-nin süjetində:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью