Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
“Çelsi”nin ulduz yarımmüdafiəçisi Koul Palmerin karyerasını “Mançester Yunayted”də davam etdirmək ehtimalı var.
“Qafqazinfo” “Sky Sports”a istinadla xəbər verir ki, 23 yaşlı ingilis futbolçunun Londonda özünü xoşbəxt hiss etmədiyi və ailəsi üçün darıxdığı iddia olunur.
Uşaqlıqdan “Mançester Yunayted” azarkeşi olduğu bildirilən Palmerin ailəsinə və dostlarına daha yaxın olmaq üçün “qırmızı şeytanlar”ın düşərgəsinə keçməyə isti yanaşdığı da qeyd olunur.
Məlumata görə, Palmer “Çelsi”nin Çempionlar Liqası çərçivəsində Kiprin “Pafos” klubu ilə keçirdiyi son oyunu kənardan izləyib. Komandanın yeni baş məşqçisi Liam Rosenior isə mətbuat konfransında bildirib ki, bu qərar tamamilə ehtiyat tədbiri xarakteri daşıyıb. O, futbolçunun “Brentford”la oyunda bud nahiyəsində yüngül gərginlik hiss etdiyini və onu riskə atmamaq üçün istirahət verdiklərini vurğulayıb.
Qeyd edək ki, Palmerin “Çelsi” ilə 2033-cü ilə qədər qüvvədə olan uzunmüddətli müqaviləsi var və “Transfermarkt” onu 120 milyon avro dəyərində qiymətləndirir.