Palmer məşqlərə başlayıb

25.11.2025

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Çelsi”nin aparıcı futbolçularından Koul Palmer zədədən sonra məşqlərə qayıdıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngiltərəli yarımmüdafiəçi evində baş verən bədbəxt hadisə nəticəsində barmağından xəsarət almışdı. Baş məşqçi Enzo Mareska daha əvvəl Palmerin komandanın bir neçə qarşılaşmasını buraxacağını bildirmişdi.

23 yaşlı futbolçu UEFA Çempionlar Liqasında “Barselona”ya, həmçinin, Premyer Liqada “Arsenal”a qarşı matçlarda iştirak edə bilməyəcək.

Palmer bu mövsüm İngiltərə çempionatında 3 oyunda meydana çıxıb və 1 qol vurub.

İsko “Betis”də qalacaq - YENİ MÜQAVİLƏ İMZALADI Okan Buruk: "Bəzi mövqelərdə zədəlilər və cəzalılar var" Neymar “İnternasional”la qarşılaşmada çıxış etməyəcək De Byazi: “Qarabağ”ın maraqlı futbolçuları var" Ebereçi Eze İngiltərə Premyer Liqasının tarixinə düşüb
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью