Palmer: “Nəyisə dəyişə bilmərəm”

04.07.2026

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Çelsi”nin futbolçusu Kol Palmer açıqlama verib.

Futbolpress.az “The Times”ə istinadən xəbər verir ki, hücumçu dünya çempionatı üçün İngiltərə millisinə çağırılmamasına münasibət bildirib:

“Hər futbolçu mundialda iştirak etmək istəyər. Lakin bu, mənim verəcəyim qərar deyil və artıq nəyisə dəyişə bilmərəm. Kimsə sizə yaxşı olmadığınızı deyirsə, çalışırsınız ki, onların səhv düşündüyünü sübut edəsiniz”.

İngiltərə yığması dünya çempionatında 1/8 finalda Meksika ilə qarşılaşacaq.

Palmer ötən mövsüm Premyer Liqada 26 oyunda 10 qol vurub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью