Palmer qərarını verdi

27.09.2026

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

Londonun "Çelsi" klubunun aparıcı yarımmüdafiəçisi Kol Palmer komandadakı gələcəyi ilə bağlı yayılan iddialara son qoyub.

Fanat.Az "Flashscore" nəşrinə istinadən xəbər verir ki, futbolçu tam olaraq "Çelsi"yə bağlıdır və yenidən İngiltərə millisinə dəvət almaq üçün fiziki formasını bərpa etməyə fokuslanıb.

Son vaxtlar müxtəlif transfer xəbərləri səsləndirilsə də, 24 yaşlı ulduz oyunçunun klubunu tərk etməkdə maraqlı olmadığı bildirilir.

Zədəsini tam sağaldaraq yaşıl meydanlara qayıtmağa hazırlaşan gənc oyunçunun tezliklə heyətə dönəcəyi gözlənilir. 

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью